“Almeydanın keçidi bizim üçün əlavə güc olacaq” – “Bakı”nın keçmiş baş məşqçisi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Baniyas” klubunun baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda danışıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Şefer, braziliyalı yarımmüdafiəçinin meydanda əsl lider olduğunu deyib:

“Almeydanın keçidi bizim üçün əlavə güc olacaq. Çünki o, böyük təcrübəyə malikdir. Komandaya yeni gələnlərdən də istədiyimiz məhz budur. Almeyda Azərbaycan millisinin əsas oyunçularındandır və meydanda əsl liderdir”.

Bu qış “Qarabağ”la yollarını ayıran Almeyda “Baniyas”la müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçi 22 dəfə formasını geyindiyi Azərbaycan yığmasında 3 qol vurub.

Şefer vaxtı ilə hazırda fəaliyyət göstərməyən “Bakı”nın baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button