“Neftçi”dən darmadağın, “Kəpəz” uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Keşlə-2” “Zirə-2”-ni, “Ağsu” isə “Qaradağ Lökbatan”ı məğlub edib. “Sabah-2” isə “Səbail-2” üzərində 4 qolla qalib gəlib. “Turan Tovuz” öz meydanında “Şüvəlan”a minimal hesabla məğlub olub.

İkinci oyun günündə iki qarşılaşma keçirilib. “Sumqayıt-2” səfərdə “Kəpəz” üzərində 3 qolla qələbə qazanıb. “Neftçi-2” isə lider MOİK-i darmadağın edib.

Bu gün keçirilməli olan  “Zaqatala” – “Qarabağ-2” oyunu güclü yağış səbəbindən təxirə salınıb.

Birinci divizion, 23-cü tur

16 aprel

Keşlə-2 – Zirə-2 3:1

Qol: Ülvi İbrahimov, 28. Qədir Bayramlı, 44. Nurlan Quliyev, 55-pen – Müşfiq İlyasov, 46.
Hakimlər:
Kamal Umudlu, Zöhrab Abbasov, Elman Kərimov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“ASK Arena”

Turan Tovuz – Şüvəlan 0:1

Qol: Məmməd Quliyev, 71-pen.
Qırmızı vərəqə: Eltay Tağıyev, 69 (“Turan Tovuz”).
Hakimlər:
Rəşad Əhmədov, Səbuhi Əmrahov, Taleh Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tovuz şəhər stadionu

Sabah-2 – Səbail-2 4:1

Qol: Tacir Əlizadə, 4;55. Ayxan Quluzadə, 73;75 – Xəlil Bəşirov, 85.
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Səbuhi Soltanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Binə qəsəbə stadionu

Qaradağ Lökbatan – Ağsu 1:2

Qol: Emin Mehtiyev, 19 – Pilağa Mehtiyev, 53-pen. Nahid Zülfüqarov, 78.
Qırmızı vərəqə: Xəyal Əmirli, 65 (“Qaradağ Lökbatan”).
Hakimlər:
Namiq Bəkirov, Nahid Əliyev, Ruslan Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17 aprel

Kəpəz– Sumqayıt-2 1:3

Qol: Fərid Məmmədov, 2 – Fərid Bayramov, 55-avtoqol. Baxşəli Baxşəliyev, 76. İsmayıl Babayev, 84.
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Elmin Süleymanov, Rəşad Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu

Neftçi-2 – MOİK 4:1

Qol: Elnur Süleymanov, 8; 11; 62. Əlibəy Məmmədli, 84 – Raul Yaqubzadə, 44-pen.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Elxan Əsgərzadə, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button