“Kəpəz” darmadağın oldu, “Turan Tovuz” səfərdə sevindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu turda “Keşlə-2” “Zaqatala” ilə qollu barəbərə qalıb. “Neftçi-2” “Qaradağ Lökbatan”ı, “Qarabağ-2” isə “Kəpəz”i darmadağın edib.

İkinci pillənin sahibi “Sumqayıt-2” isə “Şüvəlan”a məğlub olub. 7 qolun vurulduğu “Ağsu” – “Turan Tovuz” matçında qonaqlar qələbə qazanıb.

Turun sonuncu oyununda isə MOİK “Sabah-2”-ni qəbul edib. Çempionluğu bir neçə tur öncə təmin edən “hərbçilər” mövsümü qələbə ilə başa vurublar.

Birinci divizion, 26-cı tur

10 may

Keşlə-2 – Zaqatala 3:3

Qol: Emin Quliyev, 40. Kamran Əliyev, 51. Asif Vəliyev, 81 – Cavad Kazımov, 6; 23; 70.
Qırmızı vərəqə: Əkpəz Vəliyev, 68 (“Keşlə-2”).
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Müslüm Əliyev, Əliyar Ağayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”

Neftçi-2 – Qaradağ Lökbatan 4:1

Qol: Elnur Süleymanov, 32; 72. Emin Mirzalıyev, 47-avtoqol. Vüsal Əsgərov, 90+3 – Tunar Mütəllimov, 71.
Hakimlər:
Rauf Allahverdiyev, Əli Cəbrayılov, Ruslan Quliyev, İslam Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Binə qəsəbə stadionu

Qarabağ-2 – Kəpəz 5:2

Qol: Musa Qurbanlı, 11; 17; 61. Con Delarj, 45+1. Toral Bayramov, 90+2 – Əli Səmədov, 56. Eltac Mirzəyev, 71.
Hakimlər:
Vüqar Həsənli, Cəmil Quliyev, Elmin Süleymanov, Səbuhi Soltanov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”

Ağsu – Turan Tovuz 3:4

Qol: Pilağa Mehtiyev, 9. Qalib Əmrahov, 32; 35 – Əli Bağırov, 45+3. Ravil Yusifli, 52. İlkin Sadıqov, 75; 78.
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Elman Kərimov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Ağsu şəhər stadionu

Səbail-2 – Zirə-2 3:1

Qol: Xəzər Mahmudov, 10; 45. Ramil Orucov, 12. – Tapdıq Əhmədov, 70.
Qırmızı vərəqə: Hüseyn Əhmədov, 28 (“Zirə-2”).
Hakimlər:
Rövşən Rəcəbov, Zöhrab Abbasov, Teymur Teymurov, Knyaz Əmiraslanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

Sumqayıt-2 – Şüvəlan 0:2

Qol: Riad Abbaszadə, 87. Hüseyn Əliyev, 90+4
Hakimlər:
Xəlil Xəlilov, Yaşar Abbasov, Elxan Əsgərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rufulla Kərimov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

MOİK – Sabah-2 1:0

Qol: Raul Yaqubzadə, 41-pen.
Hakimlər:
Namiq Bəkirov, Səbuhi Əmrahov, Taleh Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button