Birinci divizionda mövsüm başa çatdı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2021/2022 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu turun bütün görüşləri eyni gündə və saatda keçirilib.

Çempionluğu daha öncə təmin emtiş “Qaradağ Lökbatan” mövsümün son matçında “Qarabağ-2” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. “Kəpəz”lə “Sabah”ın ikinci komandası arasındakı oyun da qolsuz bitib.

“Şamaxı” doğma meydanda MOİK-i 6 cavabsız qolla məğlub edib və mövsümü gümüş medallarla başa vurub. “Qarabağ”ın əvəzediciləri isə bürünc medallarla kifayətlənib.

“Turan Tovuz” son turda “Zirə”nin əvəzedicilərinə qalib gəlibsə, beş qolun qeydə alındığı “Neftçi-2” – “Zaqatala” matçında qonaqlar qələbə qazanıblar. “Sumqayıt”la “Qəbələ”nin əvəzedicilərinin duelində də qonaqlar seviniblər.

Birinci divizion, 26-cı tur

17 may

Turan Tovuz – Zirə-2 2:0
Qol
: Rövşən Şahmuradov, 48. Famil Camalov, 63.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 15:30

Şamaxı-2 – MOİK 6:0
Qol: Samir Məmmədzadə, 17-öz qapısına. Tural Axundov, 31. Emin Quliyev, 45. Qurban Səfərov, 61; 66; 68.
Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
ASK Arena, 15:30

Neftçi-2 – Zaqatala 2:3
Qol
: Əli Sadıxov, 45+4. Elton Əlibəyli, 86 – Rəhman Şabanov, 45. Roini İsmayılov, 76. İbrahim Camalov, 83.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Elmin Süleymanov, Emin Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Neftçi”nin məşq bazası (4-cü meydança), 15:30

Kəpəz – Sabah-2 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Tərlan Talıbzadə, Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Gəncə şəhər stadionu, 15:30

Sumqayıt-2 – Qəbələ-2 1:3
Qol: İbrahim Əliyev, 55 – Ramin Doobi, 8. Sənan Ağalarov, 58. Mehrac Baxşalı, 71.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Kərim Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:30

Qarabağ-2 – Qaradağ Lökbatan 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Şirmamed Mamedov, Cavid Cəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 15:30