“Neftçi” uduzdu, “Sumqayıt” darmadağına sevindi

Futbol üzrə Azərbaycan birinci divizionunda 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun ilk oyun günündə qərb derbisi – “Kəpəz” – “Turan Tovuz” matçı keçirilib. Üç qolun qeydə alındığı oyunda qələbə qazanan meydan sahibləri olub.

İkinci oyun günündə üç qarşılaşma baş tutub. “Qaradağ Lökbatan” MOİK-lə oyunda minimal hesabla üstün olub. “Qarabağ”ın əvəzediciləri “Zirə”nin ikinci komandasına 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin əvəzediciləri isə evdə “Zaqatala”ya məğlub olub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Səbail”in ikinci komandasına böyük hesabla qalib gəlib. “Neftçi”nin əvəzediciləri isə “Keşlə”nin ikinci komandası ilə oyundan minimal hesabla məğlub ayrılıb.

Birinci divizion, 8-ci tur

16 noyabr

Kəpəz – Turan Tovuz 2:1
Qol:
Vüsal Məsimov, 35. Cavid İmamverdiyev, 76 – Sadiq Şəfiyev, 45.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Qəzənfər Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu, 14:00

17 noyabr

Qəbələ-2 – Zaqatala 1:3
Qol
: Aqil Nəsibov, 37 – Roini İsmayılov, 63. Xəlil Bəşirov, 74. Əsədulla Heydərov, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Asiman Əzizli, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30

Qaradağ Lökbatan – MOİK 1:0
Qol
: Sabir Allahquliyev, 41.
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Ruslan Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Qarabağ-2 – Zirə-2 6:0
Qol
: Əli Nəcəfli, 12. Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 45+1. Nəriman Axundzadə, 70. Şirxan Həsənzadə, 75. Ruslan Bayramov, 84.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 14:30

18 noyabr

Sumqayıt-2 – Səbail-2 4:1
Qol
: Cavidan Abbaszadə, 11. Cəlal Cəbrayılov, 23. Samir İbrahimov, 76. Nicat Əliyev, 88 – Rasim Hasanov, 2.
Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Kərim Zeynalov, Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30

Neftçi-2 – Keşlə-2 0:1
Qol
: İbrahim Novruzov, 89.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Elmin Süleymanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Neftçi”nin bazası (4-cü meydança), 15:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button