“Bir xala layiq idik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

– Komanda bir hissə daha yaxşı oynadı. Bir xala layiq idik. Xallarımızın üzərinə bir xal gəldi. Tam fərqli oyun oldu. Çətin anlar oldu. Çox çalışsaq da, qol vura bilmədik. Bundan da çətin oyunlarımız olacaq.

– Bu gün Mahiri daha çox müdafiədə gördük…
– Mən görmədim. Bəzən müdafiəyə kömək edirdi. Amma ümumilikdə hücumda oynayırdı.

– Qış fasiləsindən sonra keçirdiyiniz oyunların çoxunda xal itirmisiz. Daxildə hansısa narahatlıq var?
– Dekabrda da xal itkilərimiz çox olmuşdu. Xal itkiləri mümkündü. Hər tur üç xala hazırlaşmalıyıq.

– Əlavə vaxtda Rəşad Sadıqov hakimə narazılıq bildirdi. Bu nə ilə bağlıdı?
– Etiraz deməzdim, ola bilər nədənsə narazı olub. Dəqiq nəsə deyə bilmərəm.

– Mahirin adı Yunanıstan klubu ilə hallanır…
– Son iki ildə belə hallar olur. Amma rəsmi nəsə yoxdur.

– Ansi sanki azarkeşlərlə sağollaşırdı…
– Aqolliyə təklif var. Hardasa bir aydır bu məsələ var. Onun ailəsi də Amerikada yaşayır. Nəsə olsa, bu yalnız ayın 15-dən sonra olacaq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button