“Hesabı 3:0 da edə bilərdik” – Zidan

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Qalatasaray”a 1:0 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, daha çox qol vurmalarının lazım olduğunu bildirib:

“Lazım olan oyunu göstərə bildik. Rəqib azarkeşlərinin də dəstəyi ilə bizə çox problem yaratdı. Onların heyətində fərdi olaraq çox vacib futbolçular var. Burda qələbə qazanmaq çətin idi, amma bunu bacardıq. Qələbəyə layiq idik, ancaq hesabı 3:0 da edə bilərdik. Bir qol vurduğumuz üçün təəssüflənirəm, daha çox qol vurmalı idik.

Qapıçımız Tibo Kurtua bu oyunda öz səviyyəsini göstərdi. O bizi məğlubiyyətdən qurtardı. “Real” kimi komandada oynayırsızsa, hər zaman tənqid və təzyiqə hazır olmalısız”.