İngiltərədən qovulan Mourinyo İspaniyaya gedir

Bir neçə gün əvvəl İngiltərənin “Tottenhem” klubundan qovulan portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyada komanda çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Mourinyonun “Valensiya”da baş məşqçi postuna gətirilə biləcəyi bildirilib.

“Valensiya” klubunun sahibi Peter Limin 58 yaşlı mütəxəssisin meneceri Jorje Mendeşlə danışıqlara başladığı qeyd olunub. Mourinyo La Liqada işləməyə müsbət yanaşır.

Mourinyo daha əvvəl İspaniyada “Real” komandasında baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button