“Arsenal”dan ayrılan futbolçu “Latsio”ya keçir

Bir neçə gün əvvəl “Arsenal”dan ayrılan Sokratis Papastatopulos karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, yunanıstanlı müdafiəçi “Latsio” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, paytaxt klubunun 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayacağı bildirilib.

Sokratis “Arsenal”a 2018-ci ildə Almaniyanın “Borussiya” (Dortmund) klubundan keçmişdi. O, London təmsilçisinin heyətində 69 oyun keçirib.