“Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

Bir müddət “Barselona”da forma geyinən İbrahim Afellayın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu PSV klubuna transfer olunub. Bu barədə Eyndhoven təmsilçisinin rəsmi saytı məlumat yayıb. Holland futbolçu ilə bir illik müqavilə imzalanıb.

PSV-nin yetirməsi olan Afellay 2011-ci ildə “Barselona”ya transfer olunub. Kataloniya təmsilçisində əsas heyətə düşə bilməyən yarımmüdafiəçi, müəyyən vaxtlarda “Şalke” və “Olimpiakos” klublarına icarəyə verilib. Afellay 2015-ci ildə isə “Stok Siti” klubuna transfer olunub. Dörd il İngiltərə təmsilçisində çıxış edən Afellay, 2019-cu ilin yanvarından klubsuz idi.

Afellay 53 dəfə də Hollandiya millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button