“Neftçi”dən ayrılan futbolçu Yunanıstan klubunda

Bir müddət əvvəl “Neftçi” ilə yollarını ayıran Vangelis Platellasın yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Yunanıstanın AEL klubuna keçib. Bu barədə Larisa təmsilçisinin mətbuat xidməti məumat yayıb. Platellasla 2 illik müqavilə imzalanıb.

Yunanıstanlı futbolçu 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edirdi. Platellas “ağ-qaralar”da keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button