Emil Balayev üçün “Panatinaikos” iddiası

Bir müddət əvvəl “Zirə”yə keçən Emil Balayev mövsümün sonunda Yunanıstana gedə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı qapıçı “Panatinaikos” klubunun maraq dairəsindədir. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə, “Panatinaikos”un mövsümün sonunda azad agent olacaq və məvacibi 200 min avrodan çox olmayan qapıçı alacağı və namizədlərin arasında Emil Balayevin də olduğu bildirilib.

Azərbaycan milli komandasının da üzvü olan Balayevin “Zirə” ilə müqaviləsi mövsümün sonuna qədərdir.