“Çelsi” Sarrini onunla əvəz edəcək

Bir müddət əvvəl “Yuventus”dan ayrılan Massimiliano Alleqri İngiltərədə klub çalışdıra bilər.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis “Çelsi”də baş məşqçilik edə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə, “Çelsi”nin Alleqri ilə görüşdüyü və danışıqların müsbət yöndə olduğu bildirilib. Mauritsio Sarrinin “Çelsi”dən ayrılacağı təqdirdə, Alleqri “zadəganlar”da baş məşqçilik edəcək.

İtaliya mətbuatı Sarrinin “Yuventus”la razılaşdığını və yaxın zamanda Turin təmsilçisi ilə rəsmi müqavilə imzalayacağını iddia edir.