Bir müddət əvvəl “Qarabağ”dan ayrılaraq Kiprin “Apollon” klubuna keçən Donald Gerye yeni komandasında debüt oyununda qol hesabını açıb.
Komanda.az xəbər verir ki, haitili cinah müdafiəçisi Kipr çempionatının 26-cı turunun “Enosis”lə matçında (2:1) qol vurub. Qarşılaşmanın 67-ci dəqiqəsində meydana daxil olan Gerye, 69-cu dəqiqədə topu başla rəqib qapısından keçirib. Haitili oyunçu iki dəqiqə sonra sarı vərəqə ilə cəzalanıb.
Gerye fevralın 9-da “Apollon”la rəsmi müqavilə imzalamışdı. Limasol təmsilçisi Kipr çempionatında 26 turdan sonra 54 xalla 3-cü sıradadır.