“Qalatasaray”dan ayrılan futbolçu Braziliya klubunda

Bir müddət əvvəl “Qalatasaray”dan ayrılan Marianonun yeni ünvanı bilinib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi Braziliyanın “Atletiko Mineyro” klubuna keçəcək. Mariano klubun rəhbərliyi ilə görüşüb və tərəflər arasında ilkin razılıq əldə olunub. “Atletiko Mineyro” Marianonun transferini yaxın zamanda rəsmən açıqlayacaq.

2017-ci ilin yayından “Qalatasaray”da forma geyinən Mariano, iyulun 22-də “sarı-qırmızılar”la yollarını ayırmışdı.