Günahkar mətbuat imiş

Bir müddət əvvəl “Liverpul”dan ayrılan və Fransanın PSJ klubu ilə müqavilə imzalayan Corcinyo Veynaldum açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, “Liverpul”dan ayrılma səbəbini açıqlayıb:

“Liverpul”da olanda hər gün komandama fayda vermək üçün çalışdım. “Liverpul” mənim üçün hər şey demək idi, ancaq zaman keçdikcə sevilmədiyimi və lazımi dəyəri görmədiyimi hiss etdim.

Komanda yoldaşlarım və azarkeşlər məni sevirdi. Lakin mənə olan soyuq münasibət fərqli yerdən idi. Mətbuat heç vaxt mənə kömək olmadı. Daha çox pul qazanmaq üçün “Liverpul”dan ayrıldığımı dedilər. Azarkeşlər də bu vəziyyəti qəbul etdilər və mənim çox pul qazanmadığım üçün yaxşı oynamadığımı düşündülər”.

Veynaldum PSJ ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalayıb.