Robben Almaniyada məşqçiliyə başladı FOTO

Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Aryen Robben məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, Robben, Almaniyanın “Qryunvald” klubunun 7-8 yaşlı futbolçulardan ibarət komandasında məşqçilik edir. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Robbenin məşqçilik etdiyi komandada öz oğlu Kay, Frank Riberinin oğlu və Karl Haynts Rummeniggenin nəvəsi çıxış edir.

Peşəkar karyerasına Hollandiyanın “Qroningen” klubunda başlayan Aryen, daha sonra PSV, “Çelsi”, “Real” və “Bavariya”da forma geyinib. Hollandiyalı futbolçu son olaraq şərəfini qoruduğu Münhen klubunda 18 kubok qazanıb. Bütövlükdə isə o, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə UEFA superkubokunun, 8 dəfə Almaniya Bundesliqasının, 5 dəfə Almaniya kubokunun, 2 dəfə İngiltərə kubokunun, 2 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə Hollandiya superkubokunun, 1 dəfə Hollandiya çempionatının, 1 dəfə İspaniya La Liqasının qalibi olub. Robben rəqib qapılarından 99 top keçirməklə Bundesliqada ən çox qol vuran hollandiyalı futbolçudur.

Hollandiya millisində 96 oyuna çıxan keçmiş yarımmüdafiəçi 37 qola imza atıb.