“Mançester Siti”də yeni müqavilə

Bir müddət əvvəl karyerasını bitirən Şon Rayt-Fillipsin oğlu Dmargio Rayt-Fillips “Mançester Siti” ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, 17 yaşı cinah yarımmüdafiəçisi “şəhərlilər”lə peşəkar müqavilə imzalayıb. Bu barədə futbolçu rəsmi “instagram” hesabından məlumat yayıb.

“Mançester Siti”nin yetirməsi olan Dmargio, ötən mövsüm əvəzedici komandada 22 oyunda iştirak edərək, 4 qol vurub və 11 məhsuldar ötürmə edib.

Dmargionun atası Şon Rayt-Fillips də “Mançester Siti”nin yetirməsi olub. O, 1999-2005 və 2008-2011-ci illər aralığında “şəhərlilər”in əsas komandasında çıxış edib.