“Fənərbaxça”dan ayrılan futbolçu Meksika klubunda

Bir müddət əvvəl “Fənərbaxça” ilə yollarını ayıran Dieqo Reyesin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Tiqres” klubuna transfer olunub. Bu barədə Meksika təmsilçisinin rəsmi “tvitter” hesabı məlumat yayıb. Reyeslə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2018-ci ilin yayında “Fənərbaxça”ya transfer olunan Reyes, Super Liqa təmsilçisi ilə 14 oyuna 1 qol vurub.