“Bir irqçiylə söhbət etmək imkanım olsaydı…” – Kulibali

“Napoli”nin seneqallı müdafiəçisi Xalidu Kulibali irqçiliklə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, son günlər baş verən irqçiliklə bağlı hadisələr və müzakirələrlə bağlı danışan futbolçu, bunları deyib:

“İrqçiliklə mübarizə futbol məktəblərindən başlamalı olan mübarizədir. Bu məsələlərdə bir mövqe tutmaq çətindir, çünki bizi dəstəkləyən insanları incitməməyə çalışırıq, amma irqçiliklə mübarizə vacibdir. Bu mübarizəni aparmaqdan utanmamalıyıq. Bir iqçiylə söhbət etmək imkanım olsaydı, onu mənimlə vaxt keçirməyə dəvət edərdim. Belə olan halda, onlar mənim adi bir insan olduğumu görəcəklər”.