“Bir gün məğlub olacağımızı bilirdik və bu, baş verdi” – Klopp

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Uotford”a 0:3 hesabıyla məğlub olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızılar”ın cari mövsümdəki ilk məğlubiyyətini belə şərh edib:

“Uotford”u təbrik etmək lazımdır. Biz istədiyimiz kimi çıxış edə bilmədik, amma onlar meydanda nə istədilərsə, edə bildilər. İlk hissədə çox çətinlik çəkdik, ikinci hissədə isə daha yaxşı futbol göstərdik. Əlimizə düşən şanslardan yararlana bilmədik. Çox yaxşı komandaya qarşı oyunda məğlub olduq. Məğlubiyyətin yorğunluqla əlaqəsi yoxdur, komanda eyni vəziyyətdə idi.

Komandanın rekorduna gəlincə, indiyə qədər futbolçular yaxşı çıxış edirdilər, ona görə də qalib gəlirdik. 44 oyunluq qələbə seriyasını qeyd etmirəm, rəqəmlərə fikir vermirəm. Bunlar mənə maraqlı deyil, amma çətin olduğunu bilirəm. Amma bu gün kifayət qədər yaxşı deyildik. Yəqin ki, gələcəkdə başqa bir rekordla yadda qala biləcəyik. Bir gün məğlub olacağımızı bilirdik və bu, baş verdi. Futbolçuların bu günə qədər gördüyü işlər müstəsnadır, amma hələ heç nə bitməyib. Məni maraqlandıran yeganə məsələ budur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button