“Hazırda əlimdə olan futbolçuları bəyənirəm” – Mourinyo

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo transferlərlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, qış transfer dövründə böyük transferlər etməyəcəklərini bildirib:

“Tottenhem”dəyəm və bu klubun futbol fəlsəfəsini, hədəflərini bilirəm. Eyni zamanda, bilirəm ki, transfer bazarında baş verəcəklərə reaksiya göstərməklə kifayətlənəcəyik. Bir futbolçu komandadan ayrılsa, bunu qəbul etməliyik. Amma biz nə futbolçular üçün böyük klublarla mübarizə aparacağıq, nə də transfer bazarının lideri olacağıq. Ağıllı, yaradıcı davranmalıyıq. Hazırda əlimdə olan futbolçuları bəyənirəm. Onlarla nə qədər çox çalışsam, onları bir o qədər çox tanıyıb, keyfiyyətlərini və zəif cəhətlərini bilərəm. Zamana ehtiyacımın olduğunu demişəm və bu zaman yaxınlaşır. Yanvar-fevral aylarında komandanı inkişaf etdirmək üçün daha çox zamanımız olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button