“Bir daşın arxasında gizlənməyəcəm” – Valverde

Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a məğlub olaraq mübarizəni dayandıran “Barselona”nın baş məşqçisi Ernesto Valverde klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, Kataloniya klubunda qalmaq istədiyini deyib:

“Təəssüflənirik, bunu inkar etmirəm. Özümüzə və azakeşlərimizə qarşı məsuliyyətimiz var. Mübarizəni dayandıra bilərik, amma necə dayandırdığımız vacibdir. Bu dəfə çox pis oynadıq.

Özümü güclü hiss edirəm və hazırda yaxşıyam. Dayanmaq niyyətim yoxdur. Bir daşın arxasında gizlənməyəcəm. Prezidentlə danışdım, o, mənə olan dəstəyini hiss etdirdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button