“Çoxu artıq məğlub olmağımızı qeyd edirdi” – Bonuççi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko”nu 3:0 hesabı ilə məğlub edən “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi, matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, qələbəni belə şərh edib:

“Bu, bütün “Yuventus” azarkeşləri üçün gözəl bir gündür. Bir çoxu artıq məğlub olmağımızı qeyd edirdi. “Yuventus” hər zaman meydanda  cavab verir. Bu oyunda hər şeyi düzgün etdik. Azarkeşlərimiz də 12-ci oyunçumuz oldu”.