“Komandaların çoxu bizə qarşı 5 müdafiəçi ilə oynayır” – Valverde

İspaniya La Liqasının son turunda “Espanyol”a 2:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde, matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, komandasının istirahətə ehtiyacı olduğunu deyib:

“Espanyol” yaxşı oynadı. Oyun ərzində boş sahə tapmaq çətin idi. Rəqib açıq oyun göstərəndə, bizim üçün daha asan olurdu. Komandaların çoxu bizə qarşı 5 müdafiəçi ilə oynayır. Buna baxmayaraq, yaxşı oyun göstərdiyimizi düşünürəm.

Təqvimə görə hamıya istirahət vermək lazımdır. Oyunlar bir-birinə çox yaxındır. Lionel Messinin də istirahətə ehtiyacı var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button