“Bir aydan çox idi ki, baş məşqçinin əlində tam heyət yox idi” – “Makkabi”nin futbolçusu

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Makkabi”nin (Təl-Əviv) İsrail yığmasının düşərgəsindən dönən 5 futbolçusu koronavirus testindən keçib.

Komanda.az İsrail mətbuatına istinadən xəbər verir ki, Eyal Qolasa, Şaran Yeni, Eytan Tibi, Maor Kandil və Eden Karvezin test nəticələri mənfi olub. Onlar artıq “Makkabi”nin məşqlərində iştirak edə bilərlər.

Futbolçulardan biri ilk dəfə belə vəziyyətlə üzləşdiklərini deyib:

“Bütün komanda ilə birlikdə məşqə qatılırıq. Bir aydan çox idi ki, baş məşqçinin əlində tam heyət yox idi”.

Oktyabrın 22-də “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button