“Bir ata olaraq çətin günlər keçirirəm” – Luis Suares

Uruqvay millisinin düşərgəsində koronavirusa yoluxan “Atletiko”nun futbolçusu Luis Suares açıqlama verib.

Komanda.az İspaniya mətbutına istinadən xəbər verir ki, virusa yoluxması barədə danışan hücumçu, Madrid klubundakı vəziyyətinə də toxunub:

“Millidəki kütləvi koronavirusa yoluxmaya görə çox insan bizi tənqid edir. Bu məsələylə bağlı məsuliyyət daşıdığımızı bilirik. Virusdan qorunmaqla bağlı tədbirlərimizi azaltdıq, virusa yoluxmağımız qaçınılmaz idi. Bir ata olaraq çətin günlər keçirirəm. Uzun müddətdir ailəmi görmürəm. Uşaqlarım məni 50 metr uzaqda olan pəncərədən ziyarət etdilər.

“Atletiko”dakı atmosferin Uruqvay millisi ilə bənzərliyi çoxdur. Dünya səviyyəsində yüksək qiymətləndirilən bir baş məşqçi ilə çalışmaqdan zövq alıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button