Biliç milli komandada?

Son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ı çalışdıran Slaven Biliçin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, xorvat mütəxəssis Şotlandiya millisinə rəhbərlik edə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumatda, Biliçin yaxın günlərdə Şotlandiya Futbol Assosiyasiyası rəhbərliyi ilə görüş keçirəcəyi bildirilib.

Şotlandiya millisində bir müddət əvvəl baş məşqçi Aleks Makliş vəzifəsindən göndərilmişdi.