Dünyanın ən yaxşı qapıçısının adı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçısının adını açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, araşdırma 1987-2020-ci illəri əhatə edib. Siyahının ilk pilləsində “Yuventus”un qapıçısı Canluici Buffon yer alıb. 43 yaşlı futbolçunun aktivində 357 xal var.

İspaniyanın “Real” klubunun sabiq qapıçısı İker Kasilyas 260 xalla 2-ci sırada, “Çelsi”nin keçmiş futbolçusu Petr Çex isə 218 xalla 3-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button