Reytinq: Məmmədyarov Rəcəbovu geridə qoydu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, reytinqin ilk 10-luğunda iki azərbaycanlı təmsilçi yer alıb. Şəhriyar Məmmədyarov 4 pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Teymur Rəcəbov isə yeni reytinqə əsasən 1 pillə geriləyərək, 10-cu yerdə qərarlaşıb.

Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 73-cü, Nicat Abbasov 75-ci pillədə qərarlaşıb. Rauf Məmmədov isə 93-cü sırada yer alıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 28-ci, Gülnar Məmmədova 73-cü, Xanım Balacayeva isə 82-ci pillədə qərarlaşıb.