Azərbaycanda oynamış futbolçu Qana tarixinin rəmzi komandasında FOTO

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Qana futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətdə “Səbail” klubunun sabiq futbolçusu Maykl Essyen də yer alıb.

Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək “Səbail”də çıxış edib. Daha əvvəl “Real”, “Çelsi”, “Milan” kimi klublarda top quvan keçmiş yarımmüdafiəçi Bakı klubundan ayrılandan sonra karyerasını bitirib.