İlin ən yaxşı futbol hakimləri SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, ilin ən yaxşı hakimi sloveniyalı Damir Skomina seçilib. Skomina, Çempionlar Liqasının “Liverpul” və “Tottenhem” komandaları arasında keçirilən son final matçını (2:0) idarə edib.

İkinci sırada Almaniyadan Feliks Brix, üçüncü isə Niderlanddan Byörn Kuypersdir.

Türkiyəli FİFA referisi Cüneyt Çakır isə 5-ci sırada qərarlaşıb.

İlk 10-luq

1 Damir Skomina (Sloveniya) – 136 səs
2 Feliks Brix (Almaniya) – 129
3 Byörn Kuypers (Hollandiya) – 61
4 Canluka Rokki (İtaliya) – 58
5 Cüneyt Çakır (Türkiyə) – 47
6 Nestor Pitana (Argentina) – 38
7 Antonio Mateu Lahoz (İspaniya) – 23
8 Klemen Turpin (Fransa) – 23
9 Martin Atkinson (İngiltərə) – 21
10 Maykl Oliver (İngiltərə) -18