Avropanın gənc futbolçulardan ibarət rəmzi komandası FOTO

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin Avropa zonası üzrə 20 yaşadək futbolçulardan ibarət rəmzi komandasını açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Barselona”nın iki futbolçusu – Pedri və Erik Qarsiya da yer alıb.

Qapıçı: Anatoli Trubin (“Şaxtyor”, Donetsk Ukrayna);

Müdafiəçilər: Benua Badyaşil (“Monako”), Erik Qarsiya (“Barselona”, İspaniya), Nuno Mendes (PSJ, Fransa);

Yarımmüdafiəçilər: Cud Bellingem (“Borussiya” Dortmund, Almaniya), Pedri (“Barselona”, İspaniya), Eduardo Kamavinqa (“Real”, İspaniya), Bukayo Saka (“Arsenal”, İngiltərə);

Hücumçular: Kərim Adeyemi (“Zalsburq”, Avstriya), Meyson Qrinvud (“Mançester Yunayted”, İngiltərə), Camal Musiala (“Bayern”, Almaniya).