Mançini ən yaxşı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya millisinin çalışdırıcısı Roberto Mançini layiq görülüb. 57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb.

  1. Roberto Mançini (İtaliya) – 225 xal
  2. Lionel Skaloni (Argentina) – 30
  3. Didye Deşam (Fransa) – 25
  4. Camal Belmadi (Əlcəzair) – 15
  5. Tite (Braziliya) – 15.