Azərbaycanlı hakim-inspektor AÇ-2022-nin oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, futzal üzrə AÇ-2022-nin ilkin seçmə mərhələsinin G qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Latviya, Danimarka və Estoniya milli komandaları mübarizə aparacaq. Oyunlar yanvarın 30-dan fevralın 1-dək Latviyada keçiriləcək.

Bu, Elçin Səmədlinin hakim-inspektor kimi ilk beynəlxalq təyinatıdır.