“Beyl “Real”da qalsa…” – Solari

“Real”ın keçmiş baş məşqçisi Santyaqo Solari açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Qaret Beyl və yeni transfer Eden Hazard haqqında danışan 42 yaşlı mütəxəssis, bunları deyib:

“Beyl haqqında sadəcə yaxşı şeylər deyə bilərəm. O, nə olursa olsun, gələcəkdə bu klubun bir tarixi olaraq xatırlanacaq. Beyl “Real”da qalsa, komanda daha bir yaxşı futbolçudan faydalanacaq deməkdir.

Hazarda gəlincə, o, bütün komandanı ətrafına qura biləcəyiniz bir futbolçudur. Onun yeganə problemi bir il əvvəl orda Kriştiano Ronaldonun oynamış olmasıdır. Hazard onun mövqeyinə gəldi, onun üçün asan olmayacaq”.

Argentinalı mütəxəssis, Vinisius Junior haqqında da danışaraq, onun fantastik oyun göstərdiyini deyib:

“Real”da olduğum zaman Vinisiusu çox bəyənmişdim. O, fiziki və zehni olaraq çox tez inkişaf edir. “Real” təzyiqini də çox tez qırdı və fantastik oyun göstərdi. “Real” onun mövqeyinə Hazardı transfer etdi. Artıq Vinisiusun daha çox şans qazanması üçün sağ cinaha uyğunlaşması lazımdır. Bu da onun əsl mövqeyi deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button