“Fənərbaxça”nın keçmiş baş məşqçisi La Liqa klubunda

“Betis” klubunun yeni baş məşqçisinin kim olacağı məlum olub.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “sükan arxasına” Filip Kokunu gətirməyi planlaşdırır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Betis” rəhbərliyi ilə Kokunun görüşdüyü və ilkin razılaşmanın əldə olunduğu bildirilib.

Koku son olaraq “Fənərbaxça”nı çalışdırıb.

“Betis” bir müddət əvvəl baş məşqçisi Kike Setyenlə yollarını ayırdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button