“Beşiktaş” futbolçusunu cəzalandırdı – Prezidenti tənqid etdiyinə görə

“Beşiktaş” futbolçusu Gökhan Törəni cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Törə, bir müddət əvvəl sosial şəbəkə hesabında klubun prezidenti Fikrət Ormanı tənqid etmişdi. “Qara qartallar” 27 yaşlı futbolçuya belə açıqlamalarına görə 100 min avro pul cəzası verib.

Bir müddət əvəl “Beşiktaş”ın prezidenti Fikrət Orman, yerli mətbuata açıqlamasında Gökhan Törənin mövsümün sonunda komandadan göndəriləcəyini demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button