“Beşiktaş”ın sabiq futbolçusu yenidən Super Liqada

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Manuel Fernandesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Rusiyanın “Krasnodar” klubunun uğurları üçün çalışmış 34 yaşlı futbolçu Türkiyə təmsilçisinə azad agent kimi keçib. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Manuel Fernandes 2010-2014-cü illər aralığında “Beşiktaş”ın da uğurları üçün çalışıb. 2014-cü ildə isə o, Moskva “Lokomotiv”inə transfer edilmişdi.