“Beşiktaş”ın prezidenti növbəti seçkilər üçün namizədliyini irəli sürdü

Türkiyənin “Beşiktaş” klubunun hazırkı prezidenti Ahmet Nur Çebi növbəti seçkilər üçün namizədliyini irəli sürüb.

Komanda.az xəbər verir ki, 63 yaşlı funksioner bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Nur Çebi klub prezidentliyi uğrunda mübarizəyə qatılacağını rəsmən açıqlayıb.

Xatırladaq ki, mayın 22-də gerçəkləşəcək seçkidə Fuat Çimen də namizəd olub.

Ahmet Nur Çebi mətbuat konfransında “Beşiktaş”ın hazırkı borcunu da açıqlayıb. Onun sözlərinə görə, İstanbul klubunun hazırda 4.3 milyard TL borcu var.