“Beşiktaş”ın futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Beşiktaş” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Aydin Hasiçdən götürülmüş COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə “qara qartallar”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə Hasiçin karantinə alındığı diqqətə çatdırılıb. Bu üzdən də bosniyalı futbolçu “Fənərbaxça” ilə derbidə forma geyinə bilməyəcək.

Əvəzində daha öncə koronavirusa yoluxmuş futbolçulardan Fabrise Nskala sağalıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 30 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb və “Fənərbaxça”ya qarşı oynaya biləcək.

“Beşiktaş”ın koronavirus aşkarlanmış digər futbolçusu Domaqoy Vida isə hələ də müalicə alır. O da karantində olduğu üçün, İstanbul derbisində forma geyinə bilməyəcək. “Qara qartallar”ın heyətində cəzalı olan Dorukhan Toköz və Ersin Destanoğlu, həmçinin zədədən əziyyət çəkən Gökhan Töre də növbəti matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Beşiktaş” Super Liqanın 10-cu turu çərçivəsində noyabrın 29-da “Fənərbaxça”nın qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button