Sərgən Yalçın: “Bu oyundan çıxarılası çox dərs yoxdur”

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın Çempionlar Liqasında “Sportinq”ə (Portuqaliya) uduzduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Yalçın, 1:4 hesabıyla bitən oyunu belə şərh edib:

“Rəqibi təhlil etmişdik, onların belə qollar vurduğuna rast gəlməmişdik. Məncə, “Sportinq”in bəxti gətirdi. Qapımıza tərəf gəlməyib, üç qol vurdular.

Mişi Batşuayinin bəxti gətirmədi. Vurduğu toplar dirəkdən geri qayıdırdı. Bu oyunun nəticəsi 1:4 olmamalı idi. Rəqib belə qələbə üçün inanılmaz bir oyun göstərmədi. Sadə qollar buraxdıq. Bu oyundan çıxarılası çox dərs yoxdur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button