“Beşiktaş”ın baş məşqçisi koronavirusa yoluxdu

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 48 yaşlı mütəxəssisin koronavirus testinin müsbət çıxdığı bildirilib. Sərgən Yalçın karantinə alınıb.

“Beşiktaş” Super Liqanın ilk turunda sabah “Trabzonspor”la qarşılaşacaq.