“Beşiktaş”dan Kuarejma ilə bağlı rəsmi açıqlama

 

“Beşiktaş”dan ayrılmaq istədiyi deyilən Rikardo Kuarejma ilə bağlı klubdan rəsmi açıqlama verilib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qartallar”ın rəsmisi Ahmed Kavalcı, 35 yaşlı futbolçunun rəhbərliyə ayrılmaq istədiyi barədə heç bir şey demədiyini bildirib:

“Kuarejmanın sosial şəbəkə hesablarından komandadan ayrılacağının siqnalını verdiyini deyirlər. Hər kəs bunu deyir, amma onun mənə hansısa müraciəti olmayıb. Bizə, “mən getmək istəyirəm” demədi. Nə baş məşqçi Şenol Günəşə, nə də hansısa klub rəsmisinə bu barədə bir şey deyib”.

Klub rəsmisi qış transfer dövründə ediləcək transferlər barədə də məlumat verib:

“Baş məşqçi komandadan ayrılacaq futbolçu olsa, onun əvəzləyicisini almağı deyib. Bu mövsüm üçün hansısa axtarışımız yoxdur, gələn mövsüm üçün isə hər mövqeyə diqqət edirik.

Rayan Babelin yerinə futbolçu alınmayacaq, baş məşqçimizin belə bir tələbi yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button