“Beşiktaş”dan “Barselona”ya

“Beşiktaş”ın yarımmüdafiəçisi Miralem Pyaniç Türkiyə klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Bosniya və Herseqovinadan olan futbolçu, bu klubda tanıdığı hər kəsə, həmçinin azarkeşlərə təşəkkür edib.

Xatırladaq ki, Pyaniç 2021-ci ilin sentyabrından “Beşiktaş”da çıxış edirdi. Müqavilə ilə “Barselona”ya məxsus olan 32 yaşlı yarımmüdafiəçi, məhz İspaniya klubuna dönəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button