“Beşiktaş”dan “Barselona”nın futbolçusuna təklif: İllik 4 milyon avro

“Barselona”nın futbolçusu Arturo Vidalla bağlı sürpriz iddia irəli sürülüb.

Komanda.az Çili mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu 32 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. “Ağ-qaralar” “İnter”in də hədəfində olan çilili futbolçuya daha artıq məvacib təklif edib. Futbolçu ilə ilkin danışıqlara başlayan İstanbul klubunun ona illik 4 milyon avro məvacib təklif etdiyi bildirilir.

“Barselona” ilə son mövsümdə 53 qarşılaşmada iştirak edən Vidal, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.