“Beşiktaş”dan ayrılan hücumçu özünə yeni klub tapdı

Türkiyənin “Beşiktaş” klubu ilə yolları ayrılan Mustafa Pektemekin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu Super Liqanın digər təmsilçisi “Kasımpaşa”nı seçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pektemek yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

2011-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışan Pektemek, daha öncə “Sakaryaspor”, “Sarıyer” və “Gənclərbirliyi” klublarında da forma geyinib. 2016/17 mövsümündə isə o, “Başakşəhər”də icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button