“Beşiktaş”da yeni müqavilə

Türkiyənin “Beşiktaş” klubu yeni müqaviləyə imza atıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Ersin Destanoğlu ilə yeni müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Ersin illik 13 milyon TL maaş alacaq.

Destanoğlu “Beşiktaş”ın yetirməsidir. O, “qara qartallar”ın əsas komandası ilə 91 rəsmi matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button