“Beşiktaş”da yeni hücumçu – RƏSMİ

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi kamerunlu hücumçu Vensan Abubakarı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Portu”dan transfer olunan 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Abubakar 2016/17 mövsümündə də “Beşiktaş”ın uğurları üçün çalışıb. Həmin dövrdə “Portu”dan icarəyə götürülən futbolçu “qara qartallar”ın heyətində meydana çıxdığı 38 oyunda 19 qola, 4 məhsuldar ötürməyə imza atmışdı.

Kamerun yığmasında 60-dan çox oyun keçirən, 20 qola imza atan Abubakar, “Portu”da 2014-cü ildən forma geyinirdi.