“Beşiktaş”da koronavisura yoluxan futbolçuların sayı 8-ə çatdı

“Beşiktaş”da koronavirusa yeni yoluxma halları qeydə alınıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin daha üç oyunçusunda COVİD-19 aşkarlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ölkələrinin milli komandalarına yollanmış futbolçulardan da ikisinin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bununla da “qara qartallar”ın heyətində koronavirus aşkarlanmış futbolçuların sayı 8-ə yüksəlib.

“Beşiktaş” əvvəlki günlərdə daha üç futbolçusunda COVİD-19 aşkarlandığını açıqlamışdı. Adları açıqlanmayan bütün oyunçular karantinə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button